Mərmər sexində bədbəxt hadisə - Ölən var

14:22 09.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hafta.az xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib.

Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Gülağa oğlu Babayev hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.